
İmmunitet və Covid-19
“İMMUNİTETİMİZİ ARTIRMAQ ÜÇÜN NƏ EDƏK, HANSI SİSTEMLƏRİ QOŞDURAQ…?”
Hər gün dəfələrlə bu cür suallarla rastlaşıram, ən çox da bu “sistem qoşdurmaq” məsələsi daha çox dəbə minib. Halbu ki, gərəksiz olduğunda faydasından çox ziyanı var, xüsusiylə də ürək-damar sisteminə.
👉İllərdir ki, bir çox farmokoloji şirkətlər müxtəlif “İMMUNOMODULYATOR”, “İMMUNOSTİMULYATOR” və sairə kimi “ağıllı” adlarda dərmanlar istehsal edib satışa çıxarırlar. Ancaq bilmək lazımdır ki, reklamlarda deyildiyi kimi ONLARIN HEÇ BİRİNİN MÖCÜZƏVİ TƏSİRİ YOXDUR!!!
☝İmmunitet NƏDİR???
İmmunitet – insan orqanizminin müxtəlif bakterial, viral və göbələk mənşəli zədələnmələrinə qarşı müdafiə sisteminə deyilir. Bu sistem özü-özlüyündə unikaldır və kənardan əlavə bir müdaxiləyə ehtiyac yoxdur. Çünki, gərəksiz müdaxilələr zamanı İMMUN SİSTEMİNDƏ HİPERAKTİVLİK yaradaraq bizi nəinki xəstəliklərdən qorumaz, əksinə öz sağlam hüceyrələrimizə də zərər vuraraq AUTOİMMUN və XƏÇƏNG XƏSTƏLİKLƏRİNƏ YOL AÇAR.
Əgər siz tez-tez xəstələnirsinizsə bu o demək deyil ki, sizin immunitetniz düşüb, immunitet öz yerindədir sadəcə olaraq orqanizmdə konkret bir virusa, bakteriyaya və yaxud göbələyə qarşı həssaslıq artıb. Bu durum da düzgün müalicə taktikasıyla iltihabın törədicisinin mənşəyinə görə müalicə asanlıqla müalicə olunur.
İmmunietimizə zərər vurmamaq və onu daim aktiv sağlamaq üçün nələri etməliyik:
• gün ərzində 7-8saat yuxu yatmaq
• hər gün 3-7km piyada yol getmək
• ət, balıq, və süd məhsulları və mövsümi meyvələrdən daha çox istifadə etməliyik
• gün ərzində 2-4litr (çəkiyə görə) su tükətməliyik