
Qaraciyər Yağlanması
Qaraciyər piylənməsi – orqanizmdə bioloji aktiv maddələrin balansının pozulması nəticəsində piylərin hüceyrə daxilində yığılıb qalmasına deyilir. Əsasən “ŞƏKƏRLİ DİABET” “ZOB”, “PİYLƏNMƏ” “ALKOQOLİZM” kimi xəstəliklərin fonunda yaranır.
☝Əsas simptomları:
• sağ qabırğa altında ağrı
• qaraciyər ölçüsünün böyüməsi
• köp, ürəkbulanma
• halsızlıq, tez yorulma hissi
👉Müalicəsi:
• uzun müddətli pəhriz
• hepatoprotektor preparatlar
• fiziki aktivliyin artırılması
• altda yatan xəstəliyin müalicəsi
☝Pəhriz zamanı qida rasionunda əsasən ət məhsulları, un məmulatları, yağlı süd, şokolad mütləq çıxarılmalıdır!
Learn More
Covid-19″un Beyinə Təsiri
Elmi tibbi məqalələri ilə məşhur olan “The Lancet Journal” bir məqalə dərc etmişdir. Bir qrup insanları “Covid19” virusuna yoluxmadan öncə və sonra İQ test sınağından keçiriliblər. Sağaldıqdan sonrakı nəticə əvvəlkindən ən azı 7bənd az olub.
☝Beynin nə dərəcədə zədələnməsi daha çox xəstəliyin nə qədər ağır keçməsinə bağlıdır. Ağır hallarda (oksigen çatışmazlığında (SpO2<89% hipoksiya) beyin hüceyrələri məhv olur və nəzərə alsaq ki, sinir hüceyrələri heç bir zaman bölünmür demək ki, yeni hüceyrələrin əmələ gəlmə prosesi də baş vermir, bu da öz növbəsində qalıcı beyin xəsarətlərinə gətirib çıxarır. Əksər insanlarda periferik sinir sisteminin zədələnməsi nəticəsində qoxu hissinin itməsi, bəzi hallarda eşitmə, bəzən isə nitqdə və səs tellərində problem yaranır.
👉 Əgər bir insanlarda əvvəllər beyin qan dövranı pozğunluğu və yaxud beyində koqnitiv dəyişikliklər olmayıbsa Covid19 xəstəliyinin sağalma dönəmindən 3-6 ay sonra virusun beyinə təsiri keçib gedir.
👉 Təbii üsullarla beyin qan dövranını yaxşılaşdırmaq və beyni inkişaf elətdirməyin asan yolu:
• açıq havada gün ərzində 3-7km gəzmək
• səhər oyananda və axşam yatmazdan əvvəl 200ml ilıq su içmək
• şeirlər, nömrələr və yaxud məqalələr əzbərləməklə beyni inkişaf elətdirmək
• beyində tez-tez riyazi hesablamalar aparmaq